Dünya finalına kim gedəcək?

Dövlət bayrağı meydanında Red Bull avtomobil sürüşməsi (“Red Bull Car Park Drift”) yüksək sürət, texniki bacarıq və əyləncə dolu yarışma kimi yadda qalıb. Allsport.az saytı xəbər verir ki, tədbir izləyicilərdə böyük maraq oyadıb – tribunalar dolu, alqışlar fasiləsiz olub.

Gərgin, maraqlı və yüksək məharətlə keçən rəqabətdə Pərviz Əzizov qalib sayılıb, 2026-cı ildə dünya finalında ölkəmizi təmsil etmək fürsəti qazanıb. 2-ci yeri Niyaz Bədiyev, 3-cü sıranı Elçin Məmmədov tutublar.

Azərbaycan avtomobil federasiyası, Bakı şəhər halqası və “CBC Sport”un dəstəyi ilə təşkil olunan yarışda dünyaca məşhur sürüşmə ustası Abdo Feqali və Avropanın tanınmış stunt motosikletçilərindən biri – Arunas Qibeja ilk dəfə ölkəmizdə eyni meydanda öz bacarıqlarını göstəriblər. Onların çıxışı zamanı milli rəqs qrupu da şouya qoşularaq tədbiri daha gözəlləşdirib.

 

Həmin kateqoriyadan