- Baxış sayı: 48
- 18 Aprel 2025 16:43
- Baxış sayı: 96
- Aprel 20, 2025
- 0
Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işinə başlayıb. Allsport.az saytı karate.az-a istinadən xəbər verir ki, Milli Karate Federasiyasından prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident İlham Qasımzadə rəsmi tədbirdə iştirak edib. Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında qatılmaq üçün, Dünya və Avropa Karate Federasiyalarının prezidenti Antonio Espionos və Avropa Karate Federasiyasının baş katibi Stepan Selan da paytaxtımıza növbəti səfərə gəliblər.
Baş Assambleya ərəfəsində MKF prezidenti Yaşar Bəşirov qonaqlarla birgə Bakı-2015-in təşkilat komitəsinin üzvləri ilə görüşüblər. Toplantıda, həmçinin Avropa oyunlarının təşkilat komitsi tərəfindən idman direktoru Pirs O”Kallahan, kordinasiya komitəsinin sədri Spayros Kapralos, yarışların idman qurupu meneceri Mark Mateer, idman məsləhətçisi Makis Asimakopulos, idman yarışları meneceri Dmitri Çigenev və idman mütəxəssisi Aytən Zeynalova iştirak ediblər.
Yığıncaqda rəsmilər Avropa Oyunlarının karate yarışlarına hazırlıq işləri və texniki məsələləri müzakirə ediblər. Bundan başqa, gələn ilin apreli ayında 6-cı beynəlxalq “Baku Open” turnirinin Avropa oyunları üçün test yarışı kimi keçirilməsi qərara alınıb.