- Baxış sayı: 92
- 12 Dekabr 2024 16:29
- Baxış sayı: 61
- Mart 24, 2025
- 0
Sentyabrın 13-də Qazaxıstanın paytaxtı Astanada 5-ci dünya köçəri oyunlarının bağlanışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə Dünya etnosport federasiyasının prezidenti Bilal Ərdoğan, Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzəbəsinov çıxış ediblər. Ardınca köçəri oyunlarının rəmzi növbəti ev sahibi Qırğızıstana təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib. Yarışlarda Azərbaycan idmançıları 2-si gümüş, 5-i bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Medal sayına görə ölkəmiz 89 ölkə arasında 9-cu olub.