Dünya kubokunda 3-cü yer

Hindistanın Yeni Dehli şəhərində zorxana və pəhləvan güləşi üzrə dünya kubokunda Azərbaycan millimiz uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən növdə komanda yarışlarında Azərbaycan 3-cü yer tutub.

Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev isə 1 bürünc medal qazanıblar. Pəhləvan güləşində İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medala yetişiblər.

Ümumi medal sıralamasında Azərbaycan komandası dünya kubokunu 3-cü pillədə başa vurub.

Həmin kateqoriyadan