- Baxış sayı: 120
- 27 Mart 2026 20:40
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Dünya şotokan federasiyasının (WSF) Azərbaycan nümayəndəliyinin növbəti yığıncağı keçirilib. Allsport.az xəbər verir ki, iclasda respublikanın bir sıra bölgələrindən təmsilçilər iştirak ediblər.
Qurumun vitse-prezidenti Yaşar Bəşirov 2020-ci ildə pandemiya səbəbindən baş tutmayan yarışlar barədə məlumat verib.
İclasda 2021-ci ildə nəzərdə tutulan yarış və tədbirlərlə bağlı müzakirələr aparılıb. WSF-nin dünya kubokunun bu ilin mayında Naxçıvanda, Avropa çempionatının isə oktyabrda Bakıda təşkili planlaşdırılır. Ölkəmizdə kütləvi idman tədbirlərinin təşkilinə icazə veriləcəyi təqdirdə, bu nüfuzlu yarışların baş tutacağı bildirilib.