- Baxış sayı: 53
- 14 Dekabr 2025 11:58
- Baxış sayı: 179
- Dekabr 14, 2025
- 0

Azərbaycanlı MMA döyüşçüsü Xəyal Canıyev muaytay tayboksda növbəti görüşünü keçirib.
Allsport.az xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərində təşkil olunan “Adrenalin” turnirində çıxış edib.
Canıyev dünya muaytay çempionluğu uğrunda gecənin əsas kəmər döyüşündə Modjtaba Taravati (İran) ilə üz-üzə gəlib. İlk dəqiqələrdən daha fəal çıxış edən Xəyal 5 raund davam edən döyüşü xeyrinə bitirib. Həmyerlimiz hakimlərin yekdil qərarı ilə qalib elan olunub.