- Baxış sayı: 62
- 01 Fevral 2026 12:46
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0
Dünyanın ən qocaman olimpiya çempionu Şandor Tariks 102 yaşında vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, Berlin-1936-da su polosu üzrə Macarıstan millisinin heyətində qızıl medal qazanıb.
Onun vəfatından sonra, hazırda sağ-salamat qalan ən yaşlı olimpiya çempionu Dervard Noulsdur. 98 yaşlı ixtiyar Tokio-1964-də Baham adalarından yelkən idmanında baş mükafata sahib çıxıb.
Şandor Tariks vəfat etdiyi anda dünyada ən qocaman olimpiya çempionu, habelə müharibədən əvvəlki olimpiya oyunlarının sağ-salamat olan yeganə qalibi idi.