- Baxış sayı: 45
- 21 Noyabr 2024 15:34
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
2009-cu ildə ABŞ açıq çempionu, keçmiş dünya 3-cüsü, argentinalı tennisçi Xuan Martin del Potro karyerasında əldə etdiyi nailiyyətlərdən danışıb.
Allsport.az xəbər verir ki, o deyib:
“Təssüfləndiyim yeganə şey odur ki, heç vaxt dünyanın 1-ci tennisçisi ola bilmədim. Bu, həmişə mənim arzum olub, onun üçün çalışmışam. Ancaq heç vaxt arzumu yerinə yetirməsəm də, karyeramla fəxr edirəm. Zirvədə Rocer Federer, sonra Rafael Nadal, sonra da Novak Cokoviç olub.
Reytinqlərə baxanda, karyeramın illərini xatırlayanda və sonra dünyanın 1-ci adı uğrunda mübarizə aparanlara baxanda çox yaxşı başa düşürəm ki, bu arzumu həyata keçirməyimə imkan verməyənlər olub”.
34 yaşlı Del Potro dizindəki problemlərə görə ötən fevralda Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən turniri tərk edib. Argentinalı üçün bu, 2019-cu ildən bəri ilk matç idi. 3 il ərzində o, 4 əməliyyat keçirib.