- Baxış sayı: 46
- 17 Aprel 2025 18:42
- Baxış sayı: 99
- Aprel 21, 2025
- 0
Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Siyasət Əsgərov millətlər liqasının qrup mərhələsi çərçivəsində Litva milləsinə qarşı bu gün keçiriləcək oyunla bağlı açıqlama verib.
Allsport.az xəbər verir ki, o, səfərdə baş tutacaq matç barədə bunu deyib:
“Litvaya qarşı çox önəmli oyuna çıxacağıq. Ardıcıl iki səfər matçı keçirəcəyik. Dörd gün sonra Monteneqro kollektivinin qonağı olacaq. Ancaq indi bütün diqqətimizi Litva ilə qarşılaşmaya yönəltmişik. Litva ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü oyunun önəmi çox böyükdür. Bəzi itkilərimiz olsa da, komandaya cəlb olunan futbolçuların bu boşluğu dolduracaqlarına inanıram. Düşərgədə ab-hava yüksəkdir, heyətdə yer alan oyunçuların heç birinin zədəsi yoxdur. Rəqibi təhlil etmişik, zəif və üstün cəhətlərini bilirik. Məşq proseslərini də buna uyğun qurmuşduq. Rəqibi səhv buraxmağa məcbur edə bilsək, istədiyimiz nəticəni qazanacağıq”.
Vilnüsdəki “Jalgiris” stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.