“Düşüncələrimiz tam həyata keçsə…”

Avropa liqasının əsas mərhələsinin VI turunda “Elfsborq” (İsveç) – “Qarabağ” matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. mütəxəssis sabah baş tutacaq görüş barədə bunu deyib:

“Hər iki komanda üçün vacib oyundur. Avropa liqasında 2024-cü ilin son turudur. Ümumi nəticəyə baxsaq, aradakı xal fərqi çox azdır. Bəlkə də, sabah daha çox güc sərf etməli olacağıq. Səliqəli oynamaq önəmlidir. Sərfəli nəticə ilə meydanı tərk etməyə çalışacağıq.

Futbol elə səviyyəyə gəlib ki, istənilən komanda istənilən rəqibi məğlub edə bilər. Qarşımızdakı komanda da çox intizamlıdır. Düşüncələrimiz tam həyata keçsə, bu rəqibə qalib gəlmək gücündəyik. Diqqətli, intizamlı oyunla bunu əldə edə bilərik”.

Həmin kateqoriyadan