“Düşünmürəm ki, hakimə görə uduzduq”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo çempionlar liqasında “Bayer Leverkuzen”ə qarşı (0-1) matçda hakim Simone Sozzanın oyununu yüksək qiymətləndirib.

Allsport.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb:

“Bu barədə çox danışmaq istəmirəm. Mən əsassız etirazlar etməyi sevmirəm, amma bütün bu idmana yaraşmayan davranışlar… Mən adətən deyirəm ki, bir komanda son dərəcə idmana yaraşmayan davranış sərgilədikdə, yalnız bir nəfər günahkardır – hakim. Hakimin ilk hissədə qapıçıya sarı vərəqə göstərməsi nadir haldır – bu, yalnız 89-cu dəqiqədə baş verir. Bəlkə də qeyri-adi bir şey baş verməyib və heç bir ciddi səhv olmayıb.

Hamımız matçda məsuliyyət daşıyırıq. Matçın bu iyrənc tərəfinə yol verənlər isə buna görə günahkardırlar. Təəssüf ki, onu yaxşı tanıyıram və bilirəm ki, o, mənə çox da rəğbət bəsləmir və mən də ona qarşı heç bir rəğbət bəsləmirəm.

Amma düşünmürəm ki, hakimə görə uduzduq”.

Həmin kateqoriyadan