- Baxış sayı: 24
- 04 Fevral 2026 12:21
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0
İspaniya çempionatında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası – “Qranada” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Elçe” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda zədəsini sağaltmaqla məşğul olan Eddi bu üzdən matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, “Qranada” hazırda 18 xalla 17-ci pillədə qərarlaşıb.