- Baxış sayı: 149
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Badmintonçumuz Edi Reski Dviçayo, Tailandın paytaxtı Banqkokda dünya super zolağında əsas mərhələyə yüksəlib. Allsport.az saytı xəbər verir ki, o, təsnifatda misirli Hatəm Adhama 2:0 (21:10, 21:15) qalib gəlib.
Sonra almaniyalı Maks Veisskirheni 2:0 (21:11, 21:19) üstələyib. İdmançımız mayın 18-də 1/16 finalda malayziyalı Li Zi Jia ilə qarşılaşacaq. Rəqib dünya reytinqində 6-cı sırada qərarlaşıb.