- Baxış sayı: 136
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

Badmintonçumuz Edi Reski Dviçayo “Cameroon International 2019” turnirinin finalına vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, mübarizəyə 1/8 final mərhələsindən başlayan Edi Reski ilk görüşdə əlcəzairli Məhəmməd Əbdüləziz Oçefounu 2:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Nigeriya idmançısı Qodvin Olofuanı 2:0 hesabı ilə məğlub edən Dviçayo yarımfinalda belçikalı Maksim Morelsi 2:1 hesabı ilə üstələyərək finala yüksəlib. Edi finalda Avstriya təmsilçisi Luka Vraberlə mübarizə aparacaq.
Turnirdə 29 kişi və qadın badmintonçu iştirak edir.