- Baxış sayı: 2
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 78
- Dekabr 05, 2025
- 0

Argentina futbol dünyası ağır itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, “Boka Xuniors”un baş məşqçisi Migel Anxel Russo 70 yaşında dünyasını dəyişib.
Onun ölüm xəbərini klubun mətbuat xidməti yayıb.
Sentyabrda o, sidik yollarının infeksiyası ilə xəstəxanaya yerləşdirilib, bundan sonra vəziyyəti pisləşib. Russo bütün futbolçu karyerasını “Estudiantes”də keçirib. O, məşqçilik karyerasına 1989-cu ildə “Lanus”, “Velez Sarsfild”, “San Lorenso”, “Əl-Nəsr”, “Millonarios”, “Estudiantes” və “Boka Xuniors” kimi komandalarda çalışaraq başlayıb.