- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 114
- Dekabr 31, 2025
- 0

“Atletiko Madrid” ağır itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, klubun yetirməsi və uzunillik kapitanı Enrike Kolyar 91 yaşında dünyasını dəyişib.
Kolyar 1953–1969-cu illərdə “Atletiko”nun heyətində 470 rəsmi oyuna çıxıb və 105 qol vurub. O, komanda ilə İspaniya çempionluğu (1966), üç ölkə kuboku və UEFA kuboklar kubokunun (1962) qalibi olub. Karyerasını bitirdikdən sonra klubun xeyriyyə fonduna rəhbərlik edən əfsanəvi hücumçu, “matrasçılar”ın tarixində ən uzun müddət (1960–1969) kapitanlıq edən futbolçu kimi qalıb.