“Əfsuslar olsun ki, qələbə qazana bilmədik”

“Çox qəliz oyun alındı”.

Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın VIII turunda “Araz-Naxçıvan”la 2:2 hesablı oyundan sonra mətbuat konfransında deyib.

O, qol vurana qədər komandasının yaxşı oynadığını bildirib: “Üstünlük bizim tərəfimizdə idi, amma qol vurandan sonra nədənsə “oturduq”. Halbuki belə planımız yox idi. Həddindən artıq çox top itirdik və nəticədə rəqib qol vurdu. İkinci hissəyə başlayanda bəzi şeyləri dəyişmək üçün uşaqlara tapşırıqlar vermişdik, lakin hissə başlayan kimi müdafiəçimizin səhvindən qol buraxdıq. Qol buraxsaq da, ruhdan düşmədik, hətta fərqləndik də. Qol epizodlarımız var idi, oyunun sonlarında dirəkdən qayıdan topumuz da oldu. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Çox təhlillər aparmalıyıq. Üzücü məqam qərarlarımızdakı problemlər idi. Son ötürmələrdə problemlər yaşadıq”.

Həmin kateqoriyadan