- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Mançester Siti” “Elçe”nin yarımmüdafiəçisi Rodriqo Mendosanı transfer etməkdə maraqlıdır.
Allsport.az xəbər verir ki, “şəhərlilər” 20 yaşlı futbolçunun çıxışını izləməyə davam edir. “Arsenal” və “Real Madrid” də oyunçu ilə maraqlanır.
20 yaşadək futbolçular arasında dünya çempionatında Mendosa İspaniya milli komandasının beş oyununun hamısında start heyətində meydana çıxıb və bir məhsuldar ötürmə edib.
2025/26 mövsümündə yarımmüdafiəçi “Elçe”də 10 oyunda iki qol vurub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.