- Baxış sayı: 2
- 15 Dekabr 2025 10:21
- Baxış sayı: 168
- Dekabr 14, 2025
- 0

Allsport.az xəbər verir ki, FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya – Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may-2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.