- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyası 4-cü İslam Həmrəyliyi oyunlarına ciddi hazırlaşır. Allsport.az saytı xəbər verir ki, bunu ACF-in baş katibi Elmar Babanlı baku2017.com-a müsahibəsində deyib. Son bir il ərzində ölkəmizdə cüdonun inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayan baş katib federasiya rəhbərliyində dəyişikliklərin olduğunu qeyd edib.
Bildirib ki, “Böyük dəbilqə” yarışı Rio olimpiadasına lisenziya qazandıran son turnir idi və ondan sonra cüdoçular uğurlar əldə etdilər. Rüstəm Orucovun, Elmar Qasımovun olimpiadadakı çıxışlarının xalqımızı sevindirdiyini deyən baş katib həmin uğurlu nəticələrin davamlı olmasını gözlədiklərini bildirib.
Mötəbər yarışa hazırlıq işlərindən danışan gənc mütəxəssis əlavə deyib: “Federasiya İslam Həmrəyliyi oyunlarına ciddi hazırlaşır. Ölkəmizdə keçiriləcək mötəbər yarışda hər bir idmançı iştirak etmək istəyir. İdmançılarımız artıq təlim-məşq toplanışlarına başlayıblar. Hər hansı böyük yarışlara hazırlaşmaq üçün idmançılar müəyyən turnirlərdə iştirak etməlidirlər. Odur ki, cüdoçularımız İslam Həmrəyliyi oyunlarından əvvəl keçiriləcək bir neçə böyük yarışlara qatılacaqlar.
“Böyük dəbilqə” turniri növbəti dörd il ərzində yenə Bakıda keçiriləcək və artıq bu haqda danışıqlar yekunlaşıb. Beynəlxalq Cüdo Federasiyasının nümayəndəsi Nasir Əl Xamimi Bakıda keçirilən “Böyük dəbilqə” turnirində iştirak edib və yarışın yüksək səviyyədə təşkili ilə bağlı məmnunluğunu bildirib. Qələbələrimizin davamlı olması üçün çox çalışırıq”.
Cüdoçularımızdan İslam Həmrəyliyi oyunlarında parlaq qələbələr gözlədiklərini söyləyən baş katib komandada bütün çəki dərəcələrində qalib gələ biləcək istedadlı idmançıların olduğunu diqqətə çatdırıb. Qazanılan nailiyyətlərin idmançılara əlavə stimul verdiyini qeyd edən Elam Babanlı sonda bildirib ki, hazırda heyətdə zədəli idmançı yoxdur. Ancaq bu, qarşıdakı yarışlardan sonra daha dəqiq bilinəcək. Federasiya rəsmisi cüdoçuların bu ilin fevralında Romada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklərini bildirib.