- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə yolunu ayırıb.
Allsport.az bu barədə muxtar respublika təmsilçisinin idarə heyətinin iclasında qərar qəbul olunub.
Keçirilən iclasda komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolun ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Azərbaycan premyer liqasında üçüncü pilləni tutub və konfrans liqasında iştirak edib.