- Baxış sayı: 29
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 118
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 5-ci turunun “Səbail” – “Qəbələ” oyunundan (1:1) sonra qonaq komandanın çalışdırıcısı Elmar Baxşıyev mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, sizi 38 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Oyunun belə ağır keçəcəyini əvvəlcədən də bilirdik. “Səbail” yerli futbolçulardan yaxşı təşkil olunmuş komandadır. Həftə ərzində rəqibin üstün və zəif cəhətlərini analiz edib, komandanı bu qarşılaşmaya yaxşı hazırlaya bilmişdik. Komandanın gündən-günə inkişaf etməyi bizi sevindirir. Futbolun gözəlliyi odur ki, hər epizod qol olmur. Belə olan halda da hesab fərqli ola bilər. Gənc komandayıq, heç kimdən çəkinmirik.
Oyundan-oyuna daha yaxşı futbol göstərməyə, nəticə qazanmağa çalışacağıq. Futbol bir yerdə dayanmır. Həmişə artırmaq mümkündür. Biz də zəif cəhətlərimizi bilirik. Onları aradan qaldırmaq üçün vaxt lazımdır. Zədəli iki oyunçumuz – Asif Məmmədovla Klesio Bauk komandaya qoşulduqdan sonra daha fərqli “Qəbələ” görə biləcəyik. Müdafiəyə çəkilmək tapşırığı verilməmişdi.
Rəqib iddialı komandadır, bizi məcbur etdi ki, müdafiə olunaq. Futbol elə oyundur ki, küləkdə də, yağışda da, gün altında da oynamalısan. Ola bilər ki, hesabda öndə olduğumuz üçün onu qorumağa çalışıblar. Əliyar Ağayev Azərbaycanın ən yaxşı hakimlərindən biridir. Matçı da ideal idarə etdi”.