- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Premyer liqanın XXIII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis oyunu şərh edib:
“Oyunun bizim üçün belə ağır keçəcəyini bilirdik. Matça itkilərlə çıxmışdıq. Ceyms Adeniyi, Merab Qiqauri yox idi. Nikolas Raysel zədəli olduğu üçün komanda ilə məşq etmirdi. Həftə ərzində bu boşluqları hiss etdirməmək üçün çalışdıq. Amma oyun göstərdi ki, həmin oyunçuların yerini tam doldura bilmədik. Rəqibi təbrik edirəm. “Sumqayıt” çox istəkli idi, layiqli qələbə qazandı.
Biz təslim olmamışıq. Futbolçuların da təslim olmadığına inanıram. İki hissəni fərqləndirməzdim. Ümumi oyun planında çatışmazlıq var idi. Oyunu eyni futbolçuların üstündə qurursan və onlar olmayanda rotasiyaya məcbursan. Həmin keyfiyyəti ala bilmirsən. Problemi də bunda görürəm. Ruhdan düşməmişik. Gələcək matçlarda daha da artığını etməyə, yüksək yerə çatmağa çalışacağıq.
Asif Məmmədov daim meydanda olan, əsas oyunçulardan biridir. Əlbəttə, onun əvəzlənməsi təsirsiz ötüşmür. Komandanı həm hücum, həm müdafiə planında toparlaya biləcək futbolçudur. Tək itki Asif deyil. İtkilərimiz var idi. Cəzalı, zədəli futbolçularımız qayıdanda tam komplektləşmiş olacağıq”.