- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Kikboks millisi Bakı olimpiya stadionunun idman zalında Antalyada keçiriləcək Avropa çempionatına hazırlaşır. Allsport.az saytı xəbər verir ki, millinin baş məşqçisi Elşən Abdulrəhimov durumu belə dəyərləndirib:
“Artıq milli komanda Avropa çempionatı üçün son məşqlərini keçir. Bizim hədəfimiz həm Avropa oyunları və ümumdünya kombat oyunlarına lisenziya qazanmaq, həm də Avropa çempionatından Vətənə qızıl medallarla dönməkdir. Bu yarışda ölkəmiz 40 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Bunlardan 5-i məşqçi, 35-i idmançıdır.
Nümayəndə heyətinin rəhbəri federasiyanın I vitse-prezidenti Ramal Aslanov olacaq. O özü də 75 kq-da full kontactda mübarizə aparacaq. Bu çəki həm də Avropa oyunlarına vəsiqə verir. Yarışda həmçinin 2 qadın və 2 veteran idmançı ilə də təmsil olunacağıq. Onlardan biri tanınmış kikboksçumuz Eduard Məmmədov olacaq. Onun veteranlarda 3 dünya çempionluğu var. İndi o, veteranlar arasında Avropa çempionu olmağa çalışacaq”.