- Baxış sayı: 14
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Topaz premyer liqasında mövsümünə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Sabah” son turunda evdə “Zirə”yə 0:3 məğlub olub. Meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov ümumi durumu belə dəyərləndirib:
“Oyun barədə danışacaq çox şey yoxdu. Mövsümün son qarşılaşması idi. Uşaqlarda bu matç üçün motivasiya yarada bilmədik. Zədəlilərimiz var. Bu qarşılaşmada gənclərə daha çox üstünlük verdik. Sabahın komandasını qurmaq istəyirik. Onları bu matçda yoxlamaq qərarına gəldik.
Bu mövsüm öz üzərimizə düşən missiyanı yerinə yetirdik. Qarşımıza Premyer Liqada qalmaq vəzifəsi qoyulmuşdu ki, bu işin də öhdəsindən çempionatın bitməsinə 2 tur qalmış gəldik.
Mövsümə yaxşı başlasaq da, sonradan işlər istədiyimiz kimi getmədi. Bunda bəzi oyunlarda hakim qərarları, qırmızı vərəqələr, həm də zədələr müəyyən rol oynadı. Çatışmayan cəhətlərimiz çoxdur. Növbəti mövsümdə çalışıb, bu çatışmazlıqları aradan qaldırmalıyıq. Gələn mövsüm üçün daha yaxşı komanda yaratmaq istəyirik”.