- Baxış sayı: 21
- 28 Noyabr 2024 21:14
- Baxış sayı: 109
- Noyabr 28, 2024
- 0
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Türkiyədə toplanışı çərçivəsində yerli “Gənclərbirliyi” klubuna qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:4 hesabı ilə yenildikləri oyundan sonra bunu söyləyib:
“Gənclərbirliyi” bu il Türkiyə super liqasına vəsiqə qazanıb. Start heyətlərində 7 legioner var idi. Komandamız ilk dəqiqələrdə oyuna uyğunlaşmaqda çətinlik çəkdi. Birinci hissədə 1:2 hesabıyla məğlub olduq. Fasilədən sonra daha yaxşı oynadıq. Bunun məntiqi nəticəsi kimi gənc hücumçumuz Emil Qasımov hesabı bərbərləşdirdi. Bu yoxlama oyunudur.
Buna görə, hamıya şans verdim. Oyunda bəzi boşluqlarımız oldu. Xüsusilə, yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq vardı. Bunun da nəticəsində rəqib iki qol vurdu. Bu oyunda çatışmayan cəhətlərimizi gördük. Premyer Liqanın ilk turuna kimi çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq”.