Elşad Əhmədov: Oyundan razı qalmadım

Türkiyədə təlim-məşqdə “Sabah” ilk yoxlama oyununa Rumıniyanın “Konkordiya” klubuna 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Elşad Əhmədov görüşlə bağlı bunu söyəyib:  

“İlk yoxlama oyunumuzu keçirdik. Rumıniyanın “Konkordia” komandası ilə qarşılaşdıq. Bu matçda uşaqların fiziki hazırlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdik. Bu gün meydançanın yaxşı vəziyyətdə olmaması oyunumuza təsir etdi. Topla daha çox oynamaq istəyirdik, lakin qazonun vəziyyəti buna imkan vermədi.

Rəqib də çox istəkli idi. Toplanışda son oyunlarını keçirirdilər. Matçda bütün futbolçulara şans verdik. Ayrı-ayrı epizodlarda razı qaldığım məqamlar olsa da, ümumilikdə oyunumuzdan razı qalmadım. Gələn oyuna kimi çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.

Həmin kateqoriyadan