- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Rumıniya paytaxtı Buxarestdə gənc ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, Tokio oyunlarına lisenziyalı yarışda Elşad Şərifov (73 kq) körpücük üzərinə çıxıb.
O, yaşı 23-ə qədər olan azmanların rəqabətində birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub. Həmyerlimiz təkanla hərəkətdə daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bürünc medala sahib çıxıb.
Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.