- Baxış sayı: 8
- 21 Yanvar 2025 14:47
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Bosniya və Herseqovina yığmasının sabiq futbolçusu və məşqçisi Elvir Baliç Azərbaycan klublarından təklif alsa da, onu qəbul etməyib. Allsport.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib:
“Bosniya yığmasından ayrıldıqdan sonra Türkiyə və Azərbaycandan bəzi təkliflər aldım. Safet Suşiçlə birgə “Çaykur Rizəspor”u çalışdırmağımıza dair bir təklif vardı. Ancaq bu, gerçəkləşmədi. Azərbaycandakı bəzi komandalardan da baş məşqçi təklifi aldım. Amma düzünü bilmək istəyirsinizsə, bunlar çox da diqqətimi çəkmədi. Türkiyədə və ya futbolu daha güclü olan ölkələrdə hədəfləri olan, ciddi bir klubda çalışmaq istəyirəm”.
Qeyd edək ki, futbolçu karyerasına 1994-cü ildə “Jelezniçar”da başlamış Baliç daha çox Türkiyə klublarındakı çıxışı ilə tanınıb. O, qardaş ölkənin “Bursaspor”, “Fənərbağça”, “Qalatasaray”, “Konyaspor”, “Ankaragücü”, “İstanbulspor” kimi klublarında uzun müddət top qovub. Elvir bir ara İspaniyanın “Real” və “Rayo Valyekano” komandalarının da şərəfini qoruyub. Bosniya yığmasında keçirdiyi 38 oyuna 14 qol vurmuş keçmiş yarımmüdafiəçi 2009-cu ildə karyerasını başa vurub və növbəti ildən ölkəsinin millisində baş məşqçi köməkçisi kimi fəaliyyətə başlayıb. Ötən il isə o, baş məşqçinin istefasından sonra işsiz qalıb.