- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın baş katibi, UEFA-nın ədalətli oyun və sosial məsuliyyət komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov icraiyyə komitəsinin iclasına dəvət olunub.
O, rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bundan əlavə, ədalətli oyun və sosial məsuliyyət komitəsinin irəli sürdüyü “Child safeguarding” (Uşaqların mühafizəsi) siyasəti ilə bağlı təqdimat olunub. Elxan Məmmədov icraiyyə komitəsi qarşısında qeyd olunan siyasətin müvafiq əsasnaməsinin təsdiqi təklifini səsləndirib.