Elxan Məmmədov “oyundan kənar” qaldı

Premyer liqada mövsümün qaliblərinin mükafatlandırmasında bəzi məqamlar diqqət çəkib.

Allsport.az saytı xəbər verir ki, çoxdandır çempionat oyunlarında görünməyən AFFA prezidenti Rövnəq Abdullayev qalibləri təltif etmək üçün şəxsən stadiona gəlib. Onun millinin baş məşqçisi vəzifəsindən göndərmək məcburuyyətində qalan Qurban Qurbanova göstərdiyi isti münasibət gözdən qaçmayıb.

Rövnəq Abdullayev medalları PFLprezidenti Ramin Musayevlə sonacan özləri paylayıb, yanında dayanan baş katib Elxan Məmmədova fürsət verməyiblər. Futbolun “sədri-əzəmi” sonadək seyrçi mövqeyundə qalıb, sadəcə, gülümsəməklə kifayətlənib.

Həmin kateqoriyadan