Elxanlı Azərbaycan futbolu uçurumun dibində – 67 oyuna cəmi 8 qələbə!

Futbolumuz tarixinin ən pis dönəmini yaşayır. Allsport.az saytı xəbər verir ki, hətta müstəqilliyin ilk illərində də bu qədər rəzil vəziyyətə düşməmişdik. Maliyyə problemlərinin baş alıb getdiyi dövrlərdə nəticələrimiz indikindən daha yaxşı idi.
Futbolda yüzmilyonların, milyardların dövr etdiyi son 10-12 ildə isə nəticələr yaxşılaşmaq əvəzinə, daha da pisləşib, maliyyə axını ilə tərs mütənsiblik təşkil etməyə başlayıb. AFFA rəhbərliyinin yarıtmaz idarəçiliyi üzündən dövlətin top oyununun inkişafı üçün ayırdığı yardımlar havaya sovrulub. Gələcəyə yönəlik, perspektiv üçün heç bir iş görülməyib, uşaq futbolu məhv edilib. İşbazlar öz biznesini quraraq dövlətin pulunun axırına çıxmaqla məşğuldular. Onlar havayı gələn pulu cibə doldurmaqla məşğuldular. 

Futbolinfo.az-ın məlumatına görə, ölkədə futbolun idarəçiliyi de-fakto Elxan Məmmədovun əlindədir. İcraiyyə Komitəsinin xüsusi qərarı ilə əlavə səlahiyyətlər alan baş katib de-yure maliyyəyə də nəzarət edir. Deməli, havaya sovrulan milyonlara görə də məsuliyyət onun boynundadır.
Ölkə futbolunun güzgüsü milli komandalardı. Burada nəticələrə baxıb ümumi təsərrüfatın hansı vəziyyətdə olduğunu görə bilirik. Yığmaların nəticələri pisdisə, deməli, ölkədə uşaq futbolundan, futbolun strategiyasından, bölgələrin durumundan, kütləvilikdən danışmağa dəyməz. 

Və milli komandalarla bağlı təqdim etdiyimiz statistika hər şeyi deyir. Belə ki, 2019-cu il başlayandan bu günə – oktyabrın 14-dək milli komandalarımız 67 oyun keçirib və onlardan yalnız 8-də qalib gəlib (cəmi 12 faiz). 11 müxtəlif milli komandamız bu müddətdə 14 heç-heçəyə nail olub və 45 dəfə uduzub. Ən zəif yığmalardan tutmuş nisbətən güclü komandalara kimi hər cür rəqiblə seçmə mərhələ matçlarında, həmçinin adi yoxlama görüşlərində oynayan təmsilçilərimiz 67 oyunun elə 67 faizində məğlubiyyət görüb – top fərqi – 61:173.

ƏSAS MİLLİ
8 oyun: 1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 8:16
Macarıstan 0:1
Bəhreyn 3:2
Xorvatiya 1:1
Uels 1:2
Slovakiya 1:5
Macarıstan 1:3
Litva 0:0
Xorvatiya 1:2

U-2
14 oyun: 1 qələbə, 3 məğlubiyyət, top fərqi – 2:10
Fransa 0:5
Gürcüstan 0:3
Slovakiya 2:1
Lixtenşteyn 0:1

U-19
14 oyun: 1 qələbə, 5 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 6:25
Çex Respb. 0:4
Norveç 0:1
Rumıniya 0:4
İrlandiya 1:3
Rusiya 0:0
Küveyt 1:1
İspaniya 0:2
Şotlandiya 0:2
BƏƏ 1:1
BƏƏ 0:1
Belarus 0:4
Belarus 1:0
Malta 2:2
Malta 0:0

U-17
11 oyun: 1 qələbə, 1 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 8:28
Belarus 0:2
Belarus 1:4
Litva 3:1
Latviya 0:2
Ukrayna 2:4
İsrail 0:6
Gürcüstan 0:2
Səudiyyə Ərəbistanı 1:2
Makedoniya 1:2
Bosniya və Hersoqovina 0:3
Bosniya və Hersoqovina 0:0

U-16
2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 3:5
Makedoniya 1:3
Makedoniya 2:2

QADINLAR
3 oyun: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 0:5
İspaniya 0:4
Estoniya 0:0
Estoniya 0:1

U-19 (qızlar)
6 oyun: 1 qələbə, 5 məğlubiyyət, top fərqi – 2:24
Albaniya 1:0
Almaniya 0:6
Portuqaliya 0:6
Rusiya 0:7
Belarus 1:2
İran 0:3

U-17 (qızlar)
2 oyun: 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 0:2
Gürcüstan 0:0
Gürcüstan 0:2 

U-16 (qızlar)
3 oyun: 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 3:2
Farer adaları 2:0
Belarus 1:2
Qazaxıstan 0:0

FUTZAL YIĞMASI
9 oyun: 2 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 22:29
Latviya 3:1
Latviya 2:2
Serbiya 2:1
Serbiya 5:7
Belarus 3:5
Belarus 2:4
Rusiya 1:2
İran 2:2
Qazaxıstan 2:5

U-19 (futzal)
5 oyun: 5 məğlubiyyət, top fərqi – 7:37
Sloveniya 1:9
Niderland 1:6
Kipr 1:7
Türkiyə 3:5
Türkiyə 1:10 

(davamı olacaq)

Həmin kateqoriyadan