- Baxış sayı: 41
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

“Aston Villa”nın baş məşqçisi Unay Emeri klubun tarixinə keçib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın tarixində premyer liqada ən çox qələbə qazanan baş məşqçi olub.
Birmingem təmsilçisi Emerinin rəhbərliyi altında premyer liqada 115 oyunda 62 qalibiyyət əldə edib. Bu göstərici əvvəlki rekordçular Con Qreqori (147 matçda 61 qələbə) və Martin Onili (149 oyunda 61 qələbə) geridə qoyub.