“Əminəm ki, bütün valideynlər öz övladlarının güləşlə məşğul olmasını istəyirlər”

Milli olimpiya komitəsinin və Azərbaycan güləş federasiyasının birgə təşkilatçılığı, “Gənclik” ticarət mərkəzi və “Go sport”un dəstəyi ilə güləşin tanınmış simaları azarkeşlərlə bir araya gəldi. Allsport.az saytı xəbər verir ki, toplantının gedişində qonaqlardan olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev ayaqüstü KİV-ə yer aldığı layihələr barədə bilgi verdi:

“Çox gözəl tədbir alındı. Güləş – milli idman növüdür. Bura çoxlu maraq var. Tilullu güləşçilrimizi xalq tanıyır. Əminəm ki, bütün valideynlər öz övladlarının güləşlə məşğul olmasını istəyirlər. Biz olimpiyaçılar olaraq, təcrübəmizi onlarla paylaşmağa çalışırıq.

Açığı, gənclər bizdən daha uğurlu və daha çevik olmalıdır. İndi onlar üçün dövlət tərəfindən hər şərait yaradılıb. Hazırda müxtəlif məşğələlər keçirilir ki, gənclər özlərini mətbuatda, cəmiyyət içində bacarıqlarını nümayiş etdirsinlər, sevinc hissələrini ifadə edə bilsinlər.

Çox gözəl hislərdir. Mən bir keçmiş güləşçi kimi medal qazananda KİV önünə çıxıb öz təəsüratımı bölüşürdüm. Bu gün isə, nümayəndə kimi sırf bu idman növünün inkişafı üçün addımlar atırıq. Mən həm də Milli olimpiya komitəsinin nəzdində İdmançılar komissiyasının üzvüyəm.

Qarşıdakı layihələr barədə fikir bildirildi. Biz artıq onun həyata keçirilməsi üçün hərəkətə keçmişik. Beynəlxalq olimpiya komitəsinə də layihələr təqdim edəcəyik. Gənc idmançıların şəxsi inkişafı, sosial media hesablarında düzgün davranması, psixoloji və yurd dışı yarışlarda qələbədən sonra özlərini xarici mətbuat nümayəndələri qarşısında ölkəmizi layiqincə təmsil etmələri əsas vəzifələrimizdəndir”.

Həmin kateqoriyadan