- Baxış sayı: 155
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 155
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin futbolçusu Emin Mahmudov qitə liqasının 2-ci təsnifatında “Arsenal”a qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, kapitan hər 2 klubda legionçuların səviyyəsinin eyni olduğunu deyib:
“Məncə, bizdəki əcnəbilərlə “Arsenal”ın legionerçuları arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci “8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionçular bizimkilərdən daha güclüdürlər.
Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.