- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Azərbaycan komandasının kapitanı Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq, tarixi rekorda imza atıb.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu olub.
O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib.
Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu. Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.