- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 267
- Mart 05, 2026
- 0

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli növbəti qolunu vurub.
Allsport.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi Almaniya kubokunun 1/16 finalında “Hofffenhaym”la qarşılaşıb.
Start heyətdə meydana çıxan Mahir matçın 48-ci dəqiqəsində qol vuraraq hesabı 1:1 edib. Qarşılaşma isə meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Beləcə, Mahirin komandası kubokla vidalaşıb. Əmrəli 81-ci dəqiqədə əvəzlənib.