- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin VII turunun “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 54 yaşlı mütəxəssis sabahkı qarşılaşma haqda fikrini bildirib:
“Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. İnanıram ki, meydanda intizamlı kollektiv görəcəyik. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”.