- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin ilk turunun nəticələrinə əsasən həftənin komandası açıqlanıb.
Allsport.az xəbər verir ki, heyətdə “Qarabağ”ın futbolçusu Bikalyo da var.
Azərbaycan çempionu səfərdə “Benfika”ya 3:2 hesabı ilə qalib gəlib.
Qapıçı: Rulli (“Marsel”).
Müdafiəçilər: Mboci (“Slaviya”), van Deyk (“Liverpul”), Lukassen (“Pafos”), Llorente (“Atletiko”).
Yarımmüdafiəçilər: Rəşford (“Barselona”), Vanaken (“Brügge”), Bikalyo (“Qarabağ”), Trinkan (“Sportinq”).
Hücumçular: Türam (“İnter”), Keyn (“Bavariya”).