“Ən yüksək hədəfimiz çempionlar liqasının qrup mərhələsidir”

30 iyulda “Qarabağ” çempionlar liqasının 2-ci mərhələsinin cavab oyununda evdə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov açıqlama verdi:

“Öz meydanımızda ilk görüşə çıxacağıq. Rəqib yaxşı müdafiə olunan komandadır. Hədəfimiz, qalib gəlib ən azı konfrans liqasının qrup mərhələsini təmin etməkdir.

Əlimizdə olan heyətlə yola davam etməliyik. Sonra axsayan mövqeləri gücləndirməyi düşünməliyik. Yayda futbolçulara istirahət az oldu. Fiziki hazırlığı tez yoluna qoymaq olar, amma psixoloji durumu aradan qaldırmaq çətindir.

Bir neçə legionçu ilə danışıq aparırdıq. Onlar gəlmək istəmədilər. Potensialı olan futbolçular Avropa liqalarında oynamağa üstünlük verirlər. Qapıçı axtarışı davam edir. Bir keçid son anda alınmadı.

Ən yüksək hədəfimiz çempionlar liqasının qrup mərhələsidir. Bu olmazsa, Avropa liqasının qrupu bizi qane edər”.

Həmin kateqoriyadan