Erməni tennisiçinin təxribatına ATF-dən reaksiya

“Böyük dəbilqə” sıtalamalı açıq Avstraliya tennis turnirində 1/16 final oyununa çıxan erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanov təxribat edib. Allsport.az xəbər verir ki, o, ABŞ-dan olan rəqibi Frensis Tiafonu 3:1 hesabı ilə məğlub etdikdən sonra qələbə sevincini kameraya “Artsax, möhkəm ol” yazmaqla qeyd edib.

Azərbaycan tennis federasiyası bu təxribatın yolverilməz olduğunu nəzərə alaraq beynəlxalq tennis federasiyasına (ITF) etiraz məktubu göndərib. Məktubda ölkəmizə qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunub. Azərbaycan tennis federasiyası bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub.

Həmin kateqoriyadan