- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür. Allsport.az xəbər verir ki, bunu yerli jurnalistlərə MOK-un baş katibi Qraçya Rostomyan deyib.
Onun sözlərinə görə, indiki mərhələdə təhlükəsizlik və digər məsələlərlə bağlı bütün problemlər həll edilib. MOK-un baş katibi vurğulayıb ki, Ermənistan idmançılarının Oyunlarda iştirakı barədə yekun qərar 2015-ci ilin fevralında veriləcək.
Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28 aralığında keçiriləcək. Ümumilikdə Bakıda 20 idman yarışı təşkil olunacaq.