- Baxış sayı: 32
- 03 Dekabr 2024 18:55
- Baxış sayı: 282
- Dekabr 02, 2024
- 0
Aprelin 14-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışı olub. Allsport.az saytı xəbər verir ki, Karen Dəmirçiyan adına idman-konsert kompleksində yarışın açılış mərasimində Azərbaycanın bayrağı yandırılıb. Alçaqlıq milli komandaların keçidində baş tutub. Azərbaycan bayrağı mərasimdə 3-cü sırada gəlib. Zalın dolu tribunalar Odlar yurdunun rəmzini görünəndə fit çalıblar.
Həmin vaxt tədbirin qeydiyyatından keçən, böyük ehtimalla, öyrədilmiş bir şəxs səhnəyə qaçaraq, Azərbaycan bayrağını tutan qızın əlindən onu dartıb alaraq yandırıb və yüyüyərək zaldan çıxarıb. Mühafizəçilər onu tuta bilib. Sonra içəri yeni bayraq gətirilib. Erməni azarkeşlər Türkiyə bayrağını da fitə basıblar.
Azərbaycan gənclər və idman nazirliyi hələ məsələyə münasibət bildirməyib. Ölkənin ağır atlrtika federasiyası hazırda başsızdır. AAAF-in keçmiş prezidenti İnam Kərimov ali məhkəmənin sədri təyin olunub. Bu yarış Paris-2024 olimpiya oyunlarına lisenziya xalları verir. Ölkəmizi 4 idmançı Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) təmsil edirlər.