- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Bu gün millimiz dünya çempionatının seçmə qrupunda evdə İslandiya futbolçularını qəbul etdi. Allsport.az saytı xəbər verir ki, “Neftçi arena” da keçirilən oyunda qonaqlar 2:0 qalib gəldilər. Mətbuat konfransında “ay-ulduzlular”ın baş məşqçi Ayxan Abbasov bunu dedi:
“Xal qazanmaq istəyirdik. Təəssüf ki, uduzduq. Rəqib çox istəkli idi. Səfərdə qalib gəlib mərhələ adlamaq imkanını saxlayacaqdı. İslandiya seçməsi Ukraynadan da güclüdür.
İkinci hissədə fəallığı artırdıq. Müəyyən fürsətlərimiz oldu. Penalti ehtimalına gəlincə, məncə vardı, təkrar görüntüdən sonra bu qənaətə gəldik. Əsas hədəf, Millətlər liqasında “C” dəstəsinə yüksəltməkdir. Bu oyunlar ona hazırlıqdır”.