- Baxış sayı: 12
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın DÇ-2026-ya vəsiqə qazanmasına münasibət bildirib.
Allsport.az xəbər verir ki, noyabrın 13-də Fransa Ukraynanı 4:0 hesabı ilə məğlub edərək qrupda birinci yeri təmin edib.
UEFA Deşamın sözlərini sitat gətirib: “Nəticədən bir az həzz almağa imkanımız var. Əsas məqsədimiz yerinə yetirildi. Birinci hissə çətin idi, amma biz lazım olanı etdik və ilk həqiqətən ciddi imkandan istifadə etdik. Əldə edilənləri kiçiltmək olmaz, biz bundan məmnunuq.”
Fransa millisi növbəti matçını noyabrın 16-da Azərbaycan yığmasına qarşı keçirəcək.