Əsas mərhələyə yüksəliblər

Polşanın Mısloviçe şəhərində çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında ölkəmizi təmsil edən Nəriman Bayramlı/Məhəmməd Aslanlı cütü təsnifatda Kosovaya 2:0 qalib gəlib, Andora cütünə 1:2, Şotlandiyaya 0:2 uduzublar.

Allsport.az saytı xəbər verir ki, qızlardan ibarət komandamız (Səbinə Əlizadə/Lizi Latsabidze) Andoranı 2:0 hesabı ilə məğlub ediblər, eyni hesabla Şotlandiyaya yeniliblər.

Qaydalara uyğun olaraq, qızlardan ibarət komandamız əsas mərhələyə vəsiqə qazanıb, oğlan komandamız isə mübarizəni dayandırıb. Qızlarımız bu mərhələdə “C” qrupunda İspaniya, Serbiya və İngiltərə komandalarına qarşı yarışacaqlar. Qrup oyunları 25-26 iyulda baş tutacaq. Yarışın qalibləri isə iyulun 28-də müəyyən olunacaq.

Avropa çempionatında oğlanlarımız Joanildo Costa Juniorun , qızlarımız isə Nihad Tarverdiyevin rəhbərliyi ilə mübarizə aparırlar.

Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşlı qızlarımız Avropa çempionatında (U-20) əsas mərhələdə iştirak edirlər.

Həmin kateqoriyadan