- Baxış sayı: 27
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Allsport.az xəbər verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov və Vitali Vernidubu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.
Bölgə təmsilçisi Estoniya milli komandasının futbolçusu Sergey Zenyovla 2 illik müqavilə imzalayıb. 26 yaşlı hücumçu “Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.
Estoniyalı legionerin son klubu Rusiyanın “Torpedo” (Moskva) komandası olub. O, 2015-ci ilin əvvəlində bu kluba keçib. Vətənində “Pyarnu” (2006) və TFMK (2006-08) klublarında çıxış edən Zenyov 2008-ci ildən legioner həyatı yaşayır. 2008-14-cü illərdə Ukraynanın “Karpatı” klubunun şərəfini qoruyan hücumçu ötən il İngiltərənin “Blekpul” komandasında çıxış edib. 2008-ci ilə qədər U-21-in üzvü olan Sergey 7 ildir Estoniyanın əsas yığmasının şərəfini qoruyur. O, millidə 45 oyunda 11 qol vurub. AÇ-2016-nın seçmə mərhələsinin iyunun 14-də baş tutan son qarşılaşmasında dubla imza atan hücumçu San-Marino üzərində qələbədə (2:0) əsas pay sahibi olub.