- Baxış sayı: 20
- 05 Dekabr 2025 19:51
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

“Sabah”ın hücumçusu Pavol Şafranko Avropa liqasının I təsnifat mərhələsinin “Çelye” ilə keçiriləcək cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, slovakiyalı futbolçu oyuna yaxşı hazırlaşdıqlarını söyləyib: “Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq.
İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100% gücümüzlə oynayacağıq.”