- Baxış sayı: 28
- 15 Dekabr 2025 11:13
- Baxış sayı: 175
- Dekabr 14, 2025
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində 2-ci yoldaşlıq oyununu keçirib.
Allsport.az xəbər verir ki, Şimali Makedoniya U-17 komandası ilə qarşılaşan millimiz qələbə qazanıb (2:1). Komandamızın qollarını oyunun 89-cu və 90+3-cü dəqiqlərində Röyal Fərzullazadə vurub.
Bu komandalar arasında aprelin 18-də keçirilmiş ilk oyun da futbolçularımın qələbəsi ilə (1:0) yekunlaşmışdı.