EYOF-da uğur qazanan idmançılar vətənə dönüb

İyulun 20-dən 26-na kimi Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində keçirilən XVIII Avropa gənclər olimpiya festivalında uğurla çıxış edən idmançılar vətənə qayıdıb. 

Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Milli olimpiya komitəsinin mətbuat xidmətinin məlumatına görə, Avropanın 50 ölkəsindən 4 mindən çox idmançının iştirak etdiyi Skopye-2025-də 14-18 yaş arası idmançılar 15 idman növü üzrə mübarizə aparıblar. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.

Azərbaycan idmançıları yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurub.

Həmin kateqoriyadan